Monday, March 19, 2012

İfadə azadlığı səhnədən mikrofonla “anasını s*kim” demək mənasına gəlmir.

Bu müraciət, insan hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən və bu sahədə Azərbaycanda müəyyən ad qazanmış bütün insanlara ünvanlanıb.

Bayılda, 20-ci sahədə 17 mart mitinqinin tələblər səslənən hissəsi başa çatıb, rok konsert başlamalıdır. Bulistan qrupunun üzvü Camal Əli/Jamal Ali səhnədə. Oxumağa başlayır. Əhval-ruhiyyə əladır, mitinq gözlənilməz dərəcədə effektli keçib və gözləniləndən çox adam gəlib. Nə qədər də olsa çox uzun bir zamanda ilk icazəli mitinqdir. Camal Əli mahnısında bir neçə dəfə “gijdıllah” sözünü təkrar edir. Həzz verir, stereotipləri qırmağa gəlmişik, mitinq hissəsi başa çatıb, yaşlı əhali arxada hələ dayansa da, uzaqlaşmağın vaxtının gəldiyini başa düşür. Aksiyanın təşkilatçılarından olan AXCP-dən kimsə səhnəyə çıxıb Camal Əliyə “ayıbdır” deyə ("camaatın anası-bacısı var" söhbəti) etirazını bildirir. Bir dəqiqə sonra “Səddam, rədd ol” mahnısının yerinə bas gitara akkompanimenti ilə “Xalq Cəbhəsi, rədd ol” sözlərini eşidirik. Hərə bir təşkilatdan gəlib, bir çoxu öz-özlüyündə gəlib, kimisə ayırd etmək düzgün deyil, illah ki, AXCP üzvlərinin də təşkilatçılıqda əməyi var, amma Camaldır da, olsun. Necə də olsa, stereotipləri qrmağa gəlmişik.


Camal oxumağa davam edərkən narazılığın hələ də qaldığını hiss edib oxumağını kəsir və artıq bir qədər emosional halda mikrofonla “Nə söyüş? Mən kimə söydüm!?” deyə soruşur. Biz onu tam olaraq dəstləkləyirik, heç kimə söyməyib, mahnının sözləridir, bizə də ləzzət edir. Sağ əlim hələ də göydə qalıb rok işarəsini göstərirdi ki, Camal gicləməyə başladı: “İlhamın anasını s*kim! Nəsə problem var?” – mikrofonla, səhnənin ortasında, auditoriyanın qabağında. Bundan sonra bir neçə söz deyərək, “Ayıb odur ki, 85 manat maaş verirlər. İlhamın anasını s*kim! Bu ayıb deyil.” - ikinci dəfə. Bu sözlərdən sonra qəti etiraz görən Camal davam etməyi vacib bilərək mitinqə gəlmiş camaata üz tutub yenə də mikrofonla bütün etiraz edənlərə “Xoşunuza gəlmirsə, s*kdirin” deyib yekunlaşdırır. Səhnədə mitinq iştirakçılarının Camalla davası başlayır, polis müdaxilə edərək Camalı aparır. Şəxsi fikrimcə bu anda məhz polis Camalı qeyzə gəlmiş izdihamdan xilas etmiş olur.

Bir qismi:






Həmin gün insan hüquqlarının müdafiəsi sahəsində müəyyən dərəcədə tanınan adamların yazdıqları tweet-lər:

Turkan Huseynova:

- Mulki geyimli polis provokasiyasi qurbani olduq . Jamal Ali. Natiq Kerimov. Etibar Salmanli saxlanildi

- Sehneye gelib Jamal Aliye soyduler. Adekvat ozlerine layiq cavab aldilar. Jamal seni sevirik

- beyenmeyen cixib gederdi, mecbur saxlamayiblar,ana baci sohbeti etmek sehneye cixib seviyyesizlikdi.

- Erste Groß-Demo seit mehr als zehn Jahren:Polizei löst Massenprotest in Baku auf
(bizim dildə: "On ildən çox zamanda ilk irimiqyaslı nümayişlər. Polis Bakıda kütləvi etiraz aksiyasını dağıdır" (həmin gün elə şey olub!?!??)

- Jamal Ali bir deyerdir! Sizin evinizdr metbexde qorxa-qorxa dediklerinizi o qorxmadab ifade etdi. Jamal gencliyimizin simvoludu!!!

- Jamal Ali susmur bilsede ki sabahina qan qusur! HOSTculara burdan salamlar. Jamali qinamaq size dushmez, abriniz (abrınız?!?) olsun

Eynulla Fatullayev:


Параллели.В Азербайджане прошел митинг молодежи.На митинге рэппер спел о полиции. (ha???) Его арестовали. Вспоминается прошлогодний митинг в Москве.

Parvana Persiana:

- they were savagely beaten at the demo area while being taken to police. we saw it. now we r concerned about further developments
(bizim dildə: "onlar polis tərəfindən aparılan zaman meydanda vəyşicəsinə döyülüblər. biz bunu gördük. indi bizi sonra nə baş verəcəyi maraqlandırır")

və s.
________________________________________


Bundan sonra bütün aznetdə Camalın sözlərinin tam məzmununu eşitməyənlər onun fərqli vaxtlarda dediyi sözlərini sitat kimi gətirməyə başlayıblar və Camalı az qala ədalətsizlik uğrunda mübarizənin simvollarından birinə çeviriblər.

Mən xalqın nümayəndəsiyəm. Anam, atam, xalam və ya babamla bu mitinqə gəlmək iqtidarındayam. Mitinq bitəndən 10 dəqiqə sonra səhnədən mikrofonla səslənən “filankəsin anasını s*kim” sözünə etiraz etdiyim üçün gəldiyim valideynlərlə birlikdə məhz mənə ünvanlanmış “xoşunuza gəlmirsə s*kdirin” ifadəsini eşitməli oluramsa, o dəqiqədə, rejimdən çox həmin bu sözü deyən adama nifrət edirəm. Bir gün sonra isə bu adamı qəhrəman səviyyəsinə ucaltmağa çalışan adamlara qarşı sərt antipatiya keçirməyə başlayıram, çünki mən xalqın əksəriyyətinin fikrini ifadə edirəm!

Türkan Hüseynova, Camalın etdiyini “cəsarət” deyil, sərhədd tanımamazlıqdır. Bütün həqiqətlər deyilməlidir, amma məhz mətbəxdə danışılan formada deyil. Necə ki, yataqda sevgilimlə etdiklərimi həmin səhnədə, başqa məqdsədlə gəlmiş auditoriyanın qarşısında etmədiyim kimi.

Camalı gəncliyin simvoluna çevirməyin!
Mən xalqam! Mənim simvolum sərhədd tanımayan qeyri-adekvat alçaq ola bilməz. Mənə bunu simvol kimi yeridməyə çalışan adamlardan mən uzaqlaşaram, iqtidara inamım omadığı kimi bu cür “müasirliyi” tərənnüm edən adamlara da inamımı itirərəm.

Azadlıq görməmiş xalqa azadlıq verilən kimi o saat səhnəyə çıxıb mikrofonla “anasını s*kim” deməsi və buna azadlığın ifadəsi kimi yanaşması acınacaqlı haldır.



İfadə azadlığı səhnədən mikrofonla sərt təhqirlər yağdıra bilmək mənasına gəlmir. Camaatın xoşlarına gəlmirsə, dərhal yox ola bilməzdilər. İctimai yerdir. Çıxıb getməyə də məcbur deyildilər. Küçənin ortasında “kimin xoşuna gəlmirsə s*kdirsin” qışqırmaqla azadlığı tərənnüm etmiş deyil, alçaqlıq etmiş oluram. Və küçədəki həmin insanlar məndən uzaqlaşmağa məcbur deyillər, mən özüm uzaqlaşdırılmalıyam. Girişi biletlə olan bağlı klub ifaçılığı deyil, hamının gələcəyi yer idi. 10 dəqiqə ərzində bütün iştirakçılar uzaqlaşmaq məcburiyyətində deyil idi, “s*kdirin” komandasını alandan sonra isə alçaldılmış şəxsi ləyaqətlə uzaqlaşmaları növbəti mitinqə gələcəklərinə şübhə yaradır.


Demokratiya müxtəlif baxışların, inancların və prinsiplərin azad mübadiləsi və müzakirəsi nəticəsində ortaya çıxan ədalətli idarəçilik, hakimlik və həyat prinsipidir. Camal isə demokratiyanın ümumiyyətlə nə ifadə etdiyini bilən adam deyil. Mənim öz sözümü demək istədiyim mitinqlərdə bu cür qeyri-adekvat insanları səhnəyə çıxarmayın! Mənə bu insanları örnək kimi təqdim etməyin!


Camal özünü inqilabçı şəxs kimi görür. Xoş haldır. Mükəmməl olmayan dünyaya dəyişiklik gətirməyi məqsəd tutan inqilabçı insanın həyat, baxış və inanc tərzinin bir sabit gövdəsi olur. Camalın yeganə qüsuru həyatı tək bir prinsiplə - hamıya qarşı, hamının etMƏdiyi kimi, hamıdan fərqli olmaqdır. Bu gün hamı "A" deyirsə, o "B" deyəcək. Yox bu gün hamı "B" desə, o mütləq "A" deyəcək. Bu onun haqqıdır! Amma bu cür insanı mənim gəncliyimin simvoluna çevirməyin! Məni öz gəncliyimə nifrət etdirməyin!

Palma ağacını Sibirdə əkib becərmək mümkün deyil! Demokratiyanın Amerikan formasını da Azərbaycana gətizdirib camaata yedizdirməyə qalxmayın. Halbuki Amerikan demokratiyası da səhnədən mikrofonla sərt təhqirlərin işlədilməsini azadlığın ifadəsi kimi görmür, görməsi də mümkün deyil.

Mən ABŞ-da oxumuşam, amma öz xalqımın parçasıyam. Avtobusda böyüklərə yer verirəm, yaşlı və qadınların yanında “anasını s*kim” demirəm, hətta Amerikalının əzizləyib “value” adlandırdığı və bizim dildə “milli dəyərlər” adını daşıyan məfhumu xalqımın zənginliyinin göstəricisi kimi görürəm. Bu sizin fikrinizcə “köhnəbaxışlılıq”dırsa demək köhnə baxışlıyam. Fəqət bu baxışlarımla xalqımın 95%-inin baxışını əks etdirirəm.

Sizin fəaliyyətinizin məqsədini “demokratiya” deyib öz şəxsi baxışlarınızı yeridmək deyil, xalqın böyük əksəriyyətinin maraqlarını əks etdirəcək mövqeyi yeridmək kimi görürəm – məni bu fikirdən döndərməyin. Xalqın əksəriyyəti isə səhnədən ona mikrofonla kobud təhqirlərin işlədilməsini istəmir – xalqın baxışı budur! Camal kimi axmaq əclafları qəhrəman səviyyəsinə qaldırmaqla mənim sizə olan inamımı tapdalamayın.


Türkan, səhnəyə çıxıb “ana-bacı söhbəti”ni etmək “abırsızlıq”dırsa, səhnədən mikrofonla xalqın əksər qisminə “s*kdirin” deyilməsinin xarakterini təsvir edəcək sözü Azərbaycan xalqı hələ icad etməyib. Bu təhqir məhz xalqın əksər qisminə ünvanlanmışdı, çünki xalqın məhz əksər qismi onun çıxışından narazı idi.

Stereotipləri qırmağa çalışaraq qarşılıqlı hörmət və cəmiyyətdə adicə sivil davranış qaydalarını pozmaqla – demokratiya uğrunda iş görmüş olmursunuz.

Camal, mitinqdə iki saat boyunca səslənən şüarların hamısını kənara qoyub məhz axırdakı təhqiranə ifadələrdən yapışmaq üçün rejimə əla bəhanə verdi.

Camal, mitinq iştirakçılarının bir qismini növbəti mitinqlərdə iştiraketmə həvəsindən saldı.

Camal məni təhqir etdi! Camal xalqımın mitinqə gələn və onun danışığını xoşlamayan qismini təhqir etdi! “Xoşunuza gəlmirsə, s*kdirin” deməklə təhqir etdi!



Onun bunu etməsi üçün heç bir planlı və məqsədyönlü provokasiya təşkil olunmamışdır, obyektiv olun! Özünüzü iqtidara bənzətməyin. Həqiqi şeylər danışın, ağ yalan deməyin. BÜTÜN uğursuzluqların yeganə səbəbi kimi iqtidarı görməyin - həyatda həmişə yalnız bir tərəf günahkar ola bilməz. Yeganə qüsur – Camalın sərhədd tanımayan, qeyri-adekvat bir insan olmasıdır. Bu onun şəxsi işidir, həyatda istədiyi kimi olmaq hüququna malikdir. Amma onu mənim gəldiyim mitinqin səhnəsinə çıxarmaqla məni təhqir etməyin, və bundan sonra da onu mənə örnək gətirməklə məni bundan daha çox ələ salmayın.


Mən xalqam! Mənim əksər qismimin maraqlarını qoruyun! Mənə bayağı vulqarlığı yedizdirməyin!

"Qadında ağıl zəifdir" deyən, bu fikri istehsal edən orqanının ülgəcini divara çırp.

Ailədə eyni yaşda iki uşaq - qız və oğlan böyüyür.
Tərbiyələndirmə:

İş düşəndə OĞLANA: "Düş qabağa, kişi xeylağısan!" "Atanın yanına get, bax gör nə söhbətdir" "Get bu işi həll elə, sabah ailə başçısı olacaqsan, öyrən" "Bir az çevik olmalısan, sən axı oğlansan!"

İş düşəndə QIZA: "Ay qız keç qırağa, sənlik deyil" "Ay qız, qardaşın gedib, sənin nə işin var?" "Başını aşağı sal dərsini oxu/işinlə məşğul ol/yolunu get" "Kişi işidir, qızsan qarışma"

Əksər Azərbaycanlı qadınlarının təşəbbüs, cəsarət və bəzən zehni cəhətdən kişilərdən fərqlənməsinin səbəbi kiməsə hələ də aydın olMAyaraq qalır?

"Qadına ağıl vermək lazımdı, nəzarətsiz qoymaq olmaz" deyənlər, bu fikri istehsal edən orqanınızın ülgəcini divara vurun.